Mustafa Kamal Atatürk…!

200 0

Bu gün haqqında danışacagımız şəxs Türkiyə Cumhuriyyətinin banisi, Türk milli qurtuluş savaşının lideri, görkəmli dövlət xadimi, Türkiyənin ilk prezidenti Qazi Mustafa Kamal Atatürkdür.O,Türkiyəni  parçalanmaqdan xilas edərək, müstəqil Türkiyə dövlətini quran  tarixi şəxsiyyətdir

 Mustafa Kamal Atatürk 1881 ci-ildə Osmanlı imperiyasına məxsus Saloniki şəhərində anadan olmuşdur.”Saloniki” indiki Yunanıstanda iri liman şəhəridir…!Atası Əli-Rza Əfəndi, anası Zibeydə xanımdır.Balaca Mustafa məktəbdə oxuyarkən atası ölür.Atası öldüyü zaman Mustafanın 7 yaşı vardı.Həmçinin özündən başqa iki kiçik bacısıda var idi.Bacılarından  Məqbulənin 1 yaşı,Naciyə isə 40 günlük idi.Əlirza Əfəndinin ölümündən sonra,anası Zibeydə xanım 3 uşagı ilə birlikdə qardaşı Hüseyin Əfəndinin yanına köçdü. Hüseyin Əfəndi isə kənd təsərüffatında işləyirdi.Ağır kənd təsərüffatı balaca Mustafanın həyatına mənfi təsir göstərdi.Lakin çox  keçmədən Mustafa Salonikiyə qayıdaraq xalasının yanında təhsilini davam etdirdi.1893 cü-ildə özünün şəxsi istəyilə hərbi rüştiyyəyə daxil oldu,və təhsilini burada davam etdirdi.Mustafa bu məktəbi ürəkdən sevmişdi. Məktəbin riyaziyyat müəllimi yüzbaşı Mustafa əfəndi,onu zəkasına və qabiliyyətinə görə digər uşaqlardan fərqləndirmək üçün adının   sonuna  << Kamal>> sözünü əlavə etdi. Artıq onu Mustafa Kamal çagırırdılar. Mustafa Kamal Saloniki hərbi rüştiyyəsini  bitirdikdən sonra, 1896 cı-ildə Manastr hərbi litseyinə daxil oldu. Bu litsey Yuqoslaviyada yerləşir.Gənc Mustafa bu litseyi müvəffəqiyyətlə bitirərək, 13 mart 1899 cu-ildə İstanbulda hərbi məktəbə daxil oldu. Bu məktəbi leytinant rütbəsilə bitirdi,və təhsilini hərbi akademiyada davam etdirdi. Akademiyada hərbi dərslərə maraq göstərməklə yanaşı,ədəbiyyata və  gözəl söz deməyə ciddi maraq göstərirdi.Hərbi akademiyada ölkə və milli problemlər ilə maraqlandığı,düşüncələrini cəsarətlə ifadə etməkdən çəkinmədiyi üçün üsyankar bir zabit kimi tanınmışdır.O bu akademiyanı 1905 ci-ildə qərargah kapitanı <<kurmay yüzbaşı>> rütbəsilə başa vurdu.5 fevral 1905 ci-ildə Suriyaya Şam şəhərinə vəzifəyə göndərildi.Burada qaldığı 3 il müddətində 5 ci orduda xidmət etmiş  Suriyanın demək olar ki  hər yerini gəzmiş,ölkənin idarəsindəki çatışmazlığı yaxından izləmişdi.1910 cu-ildə Pikardiya manevrlərini müşahidə etmək üçün Fransaya göndərildi.Burada Fransız ordusu və komandirləri ilə yaxından tanış oldu. 5 oktyabr 1911 ci-ildə İtalyanlar Liviyanın paytaxtı Tripoliyə hücum edərək istila hərəkətlərinə başladılar.Mustafa Kamala həmin rayonda vəzifə tapşırıldığı üçün Tripoliyə gəldi.Tobruk və Dərnə rayonlarıda ordu hissələrinə başçılıq etdi.1912 ci-ilin oktyabr ayında Balkan müharibəsi başlamışdı.Ata yurdu Saloniki işğal olunmuş,Bolqarlar Çatalçayadək gəlmişdilər.Çatalça İstanbulun 50 km-də yerləşən şəhərdir.Bu ağır vəziyyət onu çox narahat edirdi.İngilis donanması 18 mart 1915 ci-ildə Çanaqqala <<Dardanel>>  boğazını keçməyə təşəbbüs etsə də, sahil topçularının güclü müdafiəsi nəticəsində məqsədinə nail ola bilməmiş, ağır itkilərə mə’ruz qalaraq geri çəkilmişdilər.Məhz Çanaqqala savaşından sonra Avropa Türklərin əyilməz bir millət olduğunun bir daha şahidi olmuşdular.Çünki  Türklər bu savaşla  bir tarix yazmışdılar.İngilislər Çanaqqalada məğlubiyyətə uğradıqlarına baxmayaraq,yeni bir desant əməliyyatı başlatmaq niyyətində idilər. 6 avqust 1915 ci-ildə İngilislər Çanaqqalanın cənub sahillərinə doğru irəliləməyə başladılar.Mustafa Kamal irəliləyən İngilis qüvvələrini təkrar desant çıxardıqları sahilə qaytardı.Beləliklə düşmənin irəliləməsinə imkan verilməmiş,əksinə onlar tutduqları mövqelərindən çıxarılmışdılar.Conkbayırda ürəyinə tuşlanmış bir güllə,cibindəki saata dəyib yerə düşmüş,beləcə Mustafa Kamal ölümdən xilas olmuşdur. Aylarla davam edən desant əməliyyatlarına baxmayaraq irəliləyə bilməyən ingilislər,1915-ci ilin dekabrında müttəfiqlərlə birlikdə Çanaqqaladan  geri çəkildilər.Düşmənlərin Çanaqqala bogazını keçə bilməməsi İstanbulun işğalının qarşısını almış,İngilislərin Mərmərə və Qara dəniz vasitəsilə müttəfiqləri olan Rusiya ilə əlaqə yaratmaq xəyallarını söndürmüşdü.Atatürkün bu döyüşlərdə xüsusən də Çanaqqala döyüşündə göstərdiyi qəhramanlıqlar və sərkərdəlik qabiliyyəti  ölkədə və ölkədən kənarda ona böyük şöhrət qazandırdı.Nəhayət 1918-ci il 30 oktyabrda Antanta dövlətlərilə imzalanmış <<Mudros>> müqaviləsilə Türkiyə birinci dünya müharibəsindən çıxdı.

<<Mudros>> müqaviləsi adı verilən bu müqavilənin şərtlərinə görə,ölkənin bir çox əraziləri Antanta dövlətləri tərəfindən işğal edilmiş,bütün silahlar qalib dövlətlərin əlinə keçmişdi.Türkün ana yurdu olan Anadolu qalib dövlətlər arasında bölüşdürülürdü.Bu müqavilədən 5 gün sonra ingilislərin sifarişilə orduya buraxılma əmri verildi.Atatürk təcili olaraq baş vəzir Əhməd İzzət Paşaya xəbərdarlıq teleqramı vurdu ; <<Əgər ordunu buraxsaq və ingilslərin hər sözünə boyuna əysək,düşmənin qarşısını ala bilməyəcəyik>> Bu hər şeyin sona çatdığı bir vaxtda azadlıq ümidinin sönmədiyini göstərir.Atatürkə görə milli  mübarizənin şüarı  << Ya istiqlal,ya ölüm>> idi.Artıq Anadoluya keçərək milli mübarizəni başlamaq zamanı yetişmişdi.16 may 1919-cu ildə gəmi ilə İstanbuldan hərəkətə başlayan M.K.Paşa 19 may 1919-cu ildə Anadolu torpaqlarına ayaq basdı.Anadoluya çatar- çatmaz planını həyata keçirməyə başladı,və işğalçı dövlətlərin xoşlamadığı bir bəyanat yaydı. << Millət birləşib hökmranlığı və türklük duyğusunu qarşısına məqsəd qoymuşdur>> bu bəyanatlar İstanbula çatdıqdan sonra  Antanta  dövlətlərinin təmsilçiləri İstanbul hökümətindən soruşdu; tanımış bir türk generalının Anadoluda nə işi var? Bundan sonra İstanbul höküməti Atatürkü geri çağırmaq əmri verdi.Lakin Anadoluda başlayan milli mübarizə öz liderini tapmış,millət bir bayraq altında birləşməyə başlamışdılar.Onun Amasiyadan bütün ölkəyə bildirdiyi təlimatda bu səslər eşidilirdi; << Millətin istiqlaliyyətini yalnız millətin əzmi xilas edəcəkdir >> Bu məqsədlə Mustafa Kamal Paşanın göstərişi ilə 23 iyul 1919-cu ildə Ərzurumda ilk konqres çağrıldı  və 14 gün davam etdi.Milli mübarizədə  bayraq olan konqresin Ərzurumda çağrılması təsadüfü deyildi.Türk azadlıq müharibəsinin ilk təməli məhz bu konqresdə qoyulmuşdur <<Mudros>>müqaviləsinə görə əsrlər boyu şəhid qanı ilə sulanmış Ərzurum torpaqlarını da özünü birləşdirmək üzrə bir Ermənistan qurulması planı var idi. Ərzurum şəhəri Anadolunun ortasında yerləşirdi.Antanta dövlətləri bu konqresin keçirilməsinə mane olmağa çalışır,ona görədə onlar şəhəri işğal etməyə planlaşdırırdılar.Lakin fəaliyyətləri nəticəsiz qaldı. Ərzurum konqresindən sonra 4 sentyabr 1919-cu ildə Sivas konqresi çagrıldı, və 8 gün davam etdi.Sivas konqresinə də Ərzurum konqresi kimi Antanta dövlətləri qarşı çıxırdılar.Fransız jandarm müffətişi Bruno çox təzyiq edirdi.O vali Rəşid Paşa ilə görüşərək belə bir konqres keçirilərsə,onlar Sivası işğal edib konqresi dağıdacaqlarını, İngilislər də Samsundan gələrək Sivası işğal edəcəklərini onun nəzərinə çatdırdılar.Yalnız Mustafa Kamalın hər çətinliyi dəf edən əzmi önündə bütün hədə qorxuları nəticəsiz qaldı.Nəhayət, 23 aprel 1920-ci ildə ölkənin hər yerindən gələn millət təmsilçilərinin iştirakı ilə Ankarada Türkiyə Böyük Millət Məclisi (( TBMM )) açıldı. Mustafa Kamal Atatürk bu məclisin sədri seçildi.O bu  quruma sədr seçilməklə üzərinə olduqca ağır bir yük götürmüşdü.Çünki Atatürk tarixdən silinmək qorxusu olan bir millətin ölüm-dirim savaşını edirdi.Ankarada millət məclisinin açılmasından narahat olan sultan höküməti onu əzmək yolunu seçmişdi.Başda Atatürk olmaqla onun tərəfdaşları qiyamçı elan olunaraq  e’dama məhkum olunurdular.TBMM sədri Mustafa Kamal cəbhə komandirləri ilə görüşərək nizami ordunun yaradılmasını irəli sürmüşdü.Artıq milli müdafiə naziri Fevzi Çakmak Paşa və Baş ştab rəisi İsmət bəy bütün qüvvələrini nizami ordunun yaradılmasına vermişdilər.Bütün daxili və xarici çəkişmələrə baxmayaraq,TBMM qısa vaxtda vəziyyətə hakim olaraq düşmən qüvvələrinə qarşı müxtəlif cəbhələrdə uğurlu əməliyyatlar həyata keçirdilər. Şərq cəbhəsində 15-ci korpus komandanı Kazım Qarabəkirin tabeliyində olan qüvvələr böyük müvəffəqiyyətlər qazandılar.I inönü vuruşmaları,9 yanvar 1921-ci ildə yunanların Bozyük tərəfdən şiddətl hücumları ilə başlandı. Balaca birkəndin adını daşıyan İnönü,Türkiyə milli azadlıq hərəkatında dönüş nöqtəsi kimi tarixə daxil olan döyüşlərin səhnəsinə çevrildi. İki gün davam edən döyüşlərdən heç bir nəticə əldə edə bilməyən yunanlar məğlub olub geri çəkildilər.Ancaq yunanlar bu məğlubiyyətdən ibrət dərsi almayaraq yenidən hücumlara başladılar.Lakin 1 aprel 1921-ci ildə  Türk orduları qarşısında meydanda minlərlə meyid qoyaraq geri çəkildilər.Bu da tarixə II İnönü zəfəri kimi daxil oldu.Heç cürə məğlubiyyətlə barışmayan Yunanlar növbəti dəfə hücuma keçdilər << Sakarya meydan müharibəsi >>  adını alan bu böyük  və qanlı müharibə 22 gün,22 gecə davam etdi.Nəhayət türk qoşunları 13 sentyabr 1921-ci ildə Yunanları Sakaryada tamamilə məhv edərək böyük bir zəfər qazandı.Bu döyüşlə əlaqədar olaraq TBMM tərəfindən 19 sentyabr 1921-ci ildə M.K.Paşaya << Qazi>> adı və  Marşal rütbəsi verildi.<<Mudros >>müqaviləsiylə başlanan  və   << Sevr >> müqaviləsiylə həyata keçirildiyi zənn edilən türk millətini Anadolu torpaqlarından çıxarmaq və tarixdən silmək istəyən qorxunc və xain bir axınlara qarşı türk millətinin qazandığı zəfərlər Atatürkün ifadəsilə desək yalnız bir məqsədə yönəlmişdi, << Qeydsiz şərtsiz müstəqil bir türk dövlətini yaratmaq>> Beləliklə də 29 oktyabr 1923-cü ildə konsitutsiyada edilən dəyişiklik ilə Türkiyə Respublika e’lan olundu.Millət vəkilləri bu böyük hadisəni ayağa qalxaraq  << Yaşasın Respublika>>  sözləri ilə alqışladılar.Qazi Mustafa Kamal Paşa yekdilliklə Türkiyə Cumhuriyyətinin ilk prezidenti seçildi.Onun təkidi ilə ərəb hərflərindən imtina edilərək, türk-latın hərflərinə keçildi.1934-cü il 24 noyabrda TBMM-də  soyad qanunu  qəbul edilərkən ona  << Atatürk  >> soyadı verildi. O, 1923,1927,1931,1935-ci illərdə  TBMM tərəfindən 4 dəfə prezident seçilmişdir.Böyük Öndər özündə olan qara ciyər xəstəliyindən  10 noyabr 1938-ci ildə cümə axşamı günü,axşam saat 9:05-də Dolmabaxça sarayında həyata gözlərini əbədi yumdu.Ölümü sirlərlə dolu idi.Guya o içki aludəçisi olmuş və buna görə də qara ciyəri serroz olmuşdur.Bu böyük öndərə qarşı yaxılan ləkə idi.Çünki o bütün ömrü boyu at belində olmuş bir dəfə də olsun xəstəlikdən şikayətlənməmişdir.Sonradan türk həkimlərinin araşdırması nəticəsində məlum olmuşdur ki,onu müayinə edən həkim  ( bəzi mənbələr onun xaricdən gətirildiyini deyir) orqanizminə yüksək dozalı dərmanlar vurmuş və nəticədə qara ciyəri fəaliyyətini itirmişdir. Türk bayrağına bürünmüş tabutu Dolmabaxça sarayında 3 gün millətin ziyarətinə buraxıldı. Cənazə Ankaraya gətirilib,Etnoqrafiya muzeyində müvəqqəti qəbirə qoyuldu.1953-cü ildə cənazə    Etnoqrafiya muzeyindən qaldırılaraq   <<Anıtqəbir>> ə  Atatürkün   mavzoleyinə köçürüldü. Tarixdə isə Atatürkün qurub yaratdıgı qüdrətli bir Türkiyə-müsəlman dövləti və Paşanın  söylədiyi  bu tarixi sözlərdən biri qaldı…!

Dünya liderlərinin Atatürk haqqında söylədikləri

Mavi gözlü Atatürk bizə demokratiya və milliyyətçiliyin nə olduğunu öyrətdi


Adolf Hitler

Müharibədə Türkiyəni qurtaran,müharibədən sonra da Türk xalqını yenidən dirildən Atatürkün ölümü,yalnız yurdu üçün deyil,həm də Avropa üçün böyük itkidir


Uniston Çörçil (İngiltərə baş naziri)

Mustafa Kamal gözəl bir təşkilatçı,yüksək anlayışlı uzaq görən və ağıllı bir öndərdir


V.İliç.Lenin (SSSR ilk prezidenti)

Ağ evdəki fəaliyyətim başa çatınca ilk edəcəyim şey,zamanımızın ən diqqətə layiq şəxsiyyətini ölkəsində ziyarət etmək idi.Lakin qədər buna imkan vermədi.Atatürk kimi insanlar dünyaya az gəlir


Franklin Ruzvelt ABŞ Prezidenti

O, Türkiyəni qurmaqla bütün dünya ölkələrinə Müsəlmanların səsini duyuracaq qüdrətə malik olduqlarını sübut etdi


Pakistanın qurucusu (Məhəmməd Əli Cinnah)

Mustafa Kamal Atatürk Qazi olaraq Türkiyəni xarici düşmənlərdən, parçalanmaqdan qurtardı və Türkiyəni inkişaf yoluna qoydu. Ona görə də Türkiyənin sabahı üçün yolunda vuruşmaq, şəhid olmaq  şərəfdir


Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti

İstifadə olunmuş mənbələr Utqan Qocatürk –Atatürk


Bakı-Elm-1991 Azərbaycanda Atatürk Mərkəzi Heydər Əliyev

Elçin  Həsənli  [email protected]                                                                                                                  

Related Post

Cengiz Han’ın Ordusu

Posted by - 11 Ocak 2021 0
Cengiz Han’ın ordusu, bir düşman memleketini istila ettiği zaman, belirli bir plan izlerdi. Bu usul, Moğollar 1270 senesine doğru Mısır’a…

Çanakkale Deniz Savaşı Bölüm-1:

Posted by - 17 Mart 2021 0
Dünya’nın En Büyük Devletleri ve Ordularının Çanakkale Önlerine Neden ve Nasıl Geldiğini Anlatıyoruz. Geçtiğimiz yüz yılın büyük zaferlerinden ilki olan…

Leave a comment

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir